Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimli toy məclislərindən birində həmkarı Nadir Qafarzadəninin onu səhnəyə çıxmağa qoymadığını deyib.
Milli.Az-ın xəbərinə görə müğənni bildirib ki, məclisdə ona təqdim olunan siyahıda Günayın adı yer almayıb:
"Elə bir şey olmayıb. Mən belə şey etmərəm. Toy sahibi başqasıdır, mən aparıcıyam. Bizə əvvəldən deyilir toyda kim olacaq. Günay İbrahimli siyahıda yox idi. Onu sürpriz kimi gətirmişdilər. Ondan əvvəl siyahıda başqa ifaçının vaxtı idi və onu təqdim etdim. Günay isə gəlib istədi tez oxusun. Köməkçisi kobud şəkildə, böyük-kiçik yerini bilmədən yaxınlaşdı. Mən də dedim ki, ay uşaq, get otur yerində".
Müğənni bildirib ki, Günayın bu məsələni efirdə danışmasını bəyənməyib:
"Biz telefonda danışmışıq, təzədən efirdə deməyi lazım deyildi. Özü də efirdə dedi ki, telefonda danışdıq. Bəs niyə efirdə təzədən dedin? Müğənnilərn köməkçisi özünü elə aparsın ki, yanındakı ifaçıya hörmət etsinlər. Mən illərin Nadir Qafarzadəsiyəm, ehtiyatlı olsunlar. Müğənnilər yox, günah onların köməkçilərindədir. Mənə qarşı ehtiyatlı olsunlar, yekəxanalığı sevmirəm. Heç kimlə işim yoxdur, hər kəs pulunu qazanır. Pulu mən vermirəm. Gəlsinlər, pullarını alıb getsinlər". (axşam.az)
Milli.Az





