Cəmiyyət

Bakıda kirayə ev axtaranlar üçün PİS XƏBƏR - VİDEO

17 May 2022 13:06
0 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir neçə aydır ki, kirayə mənzil bazarında durğunluq yaşanır. Ekspertlər bunu kirayə evlərin qiymətinin hər keçən gün bahalaşması ilə əlaqələndirilər. Hər il bu aylarda kirayə mənzillərin qiymətində enmə müşahidə edilsə də bu ilə əksinədir. Bəs buna səbəb nədir?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib.

Əvvələr bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər əlamət yoxdur. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar. 

Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov da deyir ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.

Ekspert Nofəl Quliyev deyir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa qiymət artımı növbəti aylarda da davam edəcək. 

Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox təlabat ikiotaqlı mənzillərədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.