Cəmiyyət

Ukraynada iki azərbaycanlı sürücü qalıb

28 Mart 2022 21:20
0 Şərh     Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada olan azərbaycanlı sürücülərdən daha biri təxliyə edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat yayıb.

Bildirilib ki, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.

A.Əliyev öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin edilib. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalmaqdadır. Onların da təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.