Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə məlumat "qafqazinfo"ya daxil olub.
Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.
1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb.
Milli.Az