Cəmiyyət

İdmanla məşğul olmaq üçün vacib səbəblər - VİDEO

16 Fevral 2022 20:54
0 Şərh     Baxış: 2 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən gənclərə, eləcə də idmana qayğı ilə yanaşıb. Çünki bu iki faktor cəmiyyətin inkişafını, özünəinamını səciyyələndirir. Dövlət başçısının dediyi kimi, hədəfə çatmaq üçün ilk növbədə sağlam bədən və sağlam ruha sahib olmaq lazımdır. Vətən müharibəsindəki zəfərimizin əsasını da məhz bu iki amil təşkil etdi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu gün Azərbaycanın hər yerində idman kompleksləri, meydançalar, velosiped zolaqları, üzgüçülük hovuzları var. 

Artıq idman etmək üçün pul xərcləməyə də ehtiyac qalmayıb. Çünki istirahət məkanlarında, parklarda belə, bunun üçün şərait yaradılıb. 

Tibb də bizə sağlam qalmağımız üçün ilk növbədə idman hərəkətlərini tövsiyə edir. Həkim-terapevt Mətanət Cəfərova bildirir ki, xüsusilə açıq havada idman etmək orqanizmə daha yaxşı təsir göstərir. 

Həkimin sözlərinə görə, idman və bədən tərbiyəsi ilə məşğul olan insanlarda qocalma prossesi ləng gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.