Şou-biznes

Azərbaycanlı şoumenin villasında oğurluq

17 Noyabr 2021 19:54
0 Şərh     Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə Azərbaycan əsilli şoumen Timur Rodrigezin (Kərimov) malikanəsindən bir neçə milyon rubl dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, hadisə onun malikanəsinin yerləşdiyi Qluxovoda baş verib. Bildirilib ki, oğurlananlar arasında sənətçinin arvadına hədiyyə etdiyi üzük və digər ailədən qalma dəyərli əşyalar olub.  

T.Rodrigezin vəkili Sergey Jorin də deyir ki, oğrular ev barədə məlumatlı olublar:

"Oğrular dərhal qiymətli əşyaların saxlandığı  otağa gediblər. Planlı şəkildə addım atıblar. Amma onlar məşhur bir şəxsi soymaqla səhvə yol verdilər. Bu hadisə ictimai rezonansa səbəb oldu. Ona görə də istərdik ki, bu kənddə baş verən oğurluqlarla bağlı istintaq indi hərəkətə keçsin, ümid edirik ki, Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsi bu işlə maraqlanacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.