Məhərrəmlik ayının başlamasıyla şou-biznes nümayəndələri müxtəlif ölkələrə və Azərbaycanın səfalı guşələrinə istirahətə üz tutublar.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Mtv Azərbaycan" sənətçilərin yay istirahətinə xərclədikləri məbləği araşdırıb.
Xalq artisti Aygün Kazımova Bodrumda dincəlib. Sənətçinin qaldığı otelin 1 gecəsi 1 510 manatdır.
Xalq artisti Faiq Ağayev İstanbulda yerləşən otelin bir günü üçün 1 132 manat ödəyib.
Əməkdar artist Vasif Məhərrəmli də qardaş ölkə Türkiyəyə yollanıb. Bodrumda istirahət edən sənətçi qaldığı otelin 1 gecəsi üçün 1 548 manat xərcləyib.
Müğənni Sevda Yəhyayeva həyat yoldaşı ilə birlikdə Rusiyanın müxtəlif şəhərlərində dincəlib.
Rəqqasə Fatimə Fətəliyeva Antalyaya üz tutub. O, otelin bir günü üçün 1 768 manat ödəyib.
Müğənni Niyam Salami Qusarda, Gülay Zeynallı isə Şamaxı və Şəki şəhərlərində istirahət ediblər.
Milli.Az