Şou-biznes

Culia Roberts çəkiləcəkdi, rol "Hürrəm"ə verildi - FOTO

6 İyul 2021 20:18
1 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şərti olaraq "Gözəl yuxu" adlandırılan yeni filmin çəkilişlərinə start verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Graziamagazine" xəbər verir ki, rejissoru Alp Kamber olan layihədə baş rolu "Muhteşem Yüzyıl" serialının 37 yaşlı ulduzu Məryəm Üzərli oynayacaq.

Rejissorun sözlərinə görə, ssenari əvvəlcə Culia Roberts üçün yazılıb. İlkin mərhələlərdə baş rolda Hollivud ulduzunu görmək istəyən amerikalı mütəxəssislər layihənin inkişafına cəlb olunublar.

Nəticədə isə rejissor və ssenarist belə qənaətə gəlib ki, baş qəhrəman roluna türk əsilli aktrisa daha çox uyğun gəlir. Beləliklə, onlar Məryəm Üzərlini seçiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.