Şou-biznes

Məhkəmə atasının vərəsəliyini ləğv etmir

1 İyul 2021 18:24
0 Şərh     Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Los-Anceles məhkəməsi müğənni Britney Spirsin vəkillərinin onu atasının vərəsəliyindən uzaqlaşdırılması tələbini rədd edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

2020-ci ilin noyabrında hakim Britninin "Bessemer Trust" adlı özəl maliyyə şirkətində söz haqqının dayandırılmasına qərar verib. Bundan sonra vəkillər Ceymi Sprisin qızının qəyyumluğunu dayandırmasını istəyib. Bir neçə gün əvvəl Britni hakim qarşısına çıxaraq, atası ilə bağlı açıqlama vermiş, çəkdiyi ağır günlərdən danışmışdı. Amma onun məhkəmədə verdiyi ifadələr nəzərə alınmır.

Qeyd edək ki, pop kraliçası narkotik aludəçiliyi səbəbi ilə xəstəxanaya yerləşdirildiyi 2008-ci ildən bəri atasının himayəsindədir. Qəyyumlar onun həyatı, karyerası və maliyyə vəziyyətinə tam nəzarət edirlər. Britni özü bu yaxınlarda mövcud vəziyyətə görə acınacaqlı halda olduğunu və başqa bir uşaq dünyaya gətirmək istədiyini, lakin buna icazə ala bilmədiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.