Şou-biznes

Tanınmış müğənni faciəvi şəkildə öldü - Xəyanət ölümə səbəb oldu - FOTO

19 May 2021 15:50
Baxış: 10 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyalı musiqiçi MC Kevin arvadını aldatdığı otel otağından qaçmaq istəyərkən eyvandan yıxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əsl adı Kevin Nascimento Bueno olan 23 yaşlı musiqiçi dünyasını dəyişib.

Yeni evlənən ifaçı sevgilisi ilə otelə gedib. Onun xəyanətindən arvadı xəbər tutub. Otaqda olan zamanı kimsə qapını açmağa çalışıb, Kevin arvadının gəldiyini düşünüb. O, eyvana qaçıb gizlənmək istəyib.

Sənətçi aşağı mərtəbədəki eyvana düşməyə çalışıb. Onun bu cəhdi faciə ilə sonlanıb. Yıxılan Kevin yerindəcə can verib. Beşinci mərtəbədən düşən müğənnini xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.