Əməkdar artist Aybəniz Haşımova teleqraf.com-a müsahibəsi zamanı şəxsi həyatından danışıb.
Milli.Az bildirir ki, ifaçı ilk dəfə qızı Aynişanın boşanma xəbərləri ilə də bağlı açıqlama verib:
"Həyat çox mürəkkəbdir, bilmirsən ki, beş dəqiqədən sonra səni nə gözləyir. Heç kəs heç nədən sırğortalanmayıb. Əgər insan ölümdən belə sığortalanmayıbsa, deməli, heç nədən sığortlanmayıb... Heç bir gənc nöqtə boyda belə qəmgin olmasın. Həmişə tələbələrimə də deyirəm ki, gülümsəyin. Adam çox da dərinə gedə və kənar suallar verə bilmir. İnsanın elə dərdi var ki, yalnız özünə aiddir.
Ona görə həmişə dua edirəm ki, Allahım, gənclərimizi xoşbəxt elə. Özüm çox əziyyət çəkdim. Müharibə dövrünə düşdüm və acılar yaşadım. Xoşbəxtliyi, səadəti yalnız xəyallarımdan keçirdim.Təki vətən, millətim sağ olsun. Deməli, mənim də taleyimə belə zirvə yazılıb. Mən bununla fəxr edirəm, qürurvericidir. Allah heç bir gəncin ömrünü və xoşbəxtliyini yarıda qoymasın.
Hər bir ailədə çox şeylər olur. Allaha daha betərindən qorusun. Təki Allah sonlarını yaxşı eləsin. Ona görə də dua edək və bundan sonra elə şeylər yaşatmasın, inşallah!"
Milli.Az