Şou-biznes

Karantin rejimi Əməkdar artistin qızı ilə kürəkənini "ayırdı" - 3 ay sonra... - FOTO

17 İyun 2020 15:29
Baxış: 54 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Kamal "5/5"də Əməkdar artist Mətanət İsgəndərlidən türkiyəli kürəkəni ilə canlı yayımda telefon əlaqəsi yaratmasını istəyib.

Milli.Az xəbər verir ki, müğənni aparıcının istəyini yerə salmayıb.

Efirdə qızı Ülkərin həyat yoldaşı Engin bəyə zəng edən xanım sənətçi "Ülkər necə olacaq bəs? Bəlkə deyirəm gəlsin qalsın orada karantində" ifadələrini işlədib.

Müğənninin sözlərinə kürəkəni "Ayın 1-i açılacaq yollar İnşəAllah" cavabını verib. Mətanət İsgəndərli Enginlə "Allah sizi tezliklə qovuşdursun" sözləri lə vidalaşıb. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı yollar bağlandıqdan əvvəl Ülkər Bakıya anasının yanına gəlmişdi. Sonra uçuşlar dayandırıldı. İndi Ülkər həyat yoldaşının yanına qayıda bilmir.

Məlumat üçün bildirək ki, dünəndən etibarən Türkiyədə koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan olunub.

Xatırladaq ki, Ülkərlə Engin 2017-ci ildə ailə qurublar. Övladları yoxdur.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.