Şou-biznes

Oksana Bakıya qayıda bilmir - VİDEO

23 Aprel 2020 13:13
3 Şərh     Baxış: 3 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqqasə və aktrisa Oksana Rəsulova Bakıya qayıda bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə İTV-də yayımlanan "Gəl, qonaq ol!" verilişinə virtual qonaq olarkən deyib.

O bildirib ki, karantin günlərini ailəsi ilə keçirir:

"Koronavirus pandemiyası İrana gəlib çıxanda fikirləşdim ki, onsuz da Bakıda heç bir işim yoxdur. Ata yurdum və məskənim olan Şabran rayonuna, anamın yaşadığı bağ evinə gəldim. Elə oldu ki, burada uzun müddət qalası oldum. Artıq 38-ci gündür ki, paytaxtdan kənarda, Şabrandayam. Ana olmağa hazırlaşdığım vaxt Şabrana gəlib, burada uzun müddət qalmışdım. Yeni layihələr, planlar haqqında düşünürəm. Etmədiyim şeyləri burada edirəm. Böyük bağımız var. Ev işlərində anama, bağ işlərində isə atama kömək edirəm. Toyuqlara, cücələrə yem verirəm. Yemək bişirib, ev yığışdırıram. Bir sözlə,  rayon qızı olmuşam".

Aparıcı Saleh Bağırov Oksanaya oğlunu və anasını da efirə çıxmağı təklif edib. Sənətçi ona"Əgər oğlum Osmanla birlikdə buradan canlı efirə çıxsam, bir yerdə oturmayacaq. Birtəhər onun başını qatıb, sizinlə söhbət etməyə gəldim" deyə, cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.