Şou-biznes

Röya duet ortağını dəyişmədi - “Sevgilim”...

6 Fevral 2020 17:59
5 Şərh     Baxış: 2 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duet layihələrini təqdim ediblər. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hər iki məşhur bu dəfə "Sevgilim" adlı mahnını ifa edib. Sözügedən bəstənin müəllifi Jay Hun, aranjimanı Xalis Xana məxsusdur. Röya və Miri Yusif "Sevgilim"ə klip də çəkdiriblər. 

Onlar bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Ekran işi Qəbələnin Laza kəndində bir günə lentə alınıb. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur. 

Klip bu gün Röyanın rəsmi "Youtube" kanalına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.