Şou-biznes

Azərbaycanlı bloger “Lamborghini” aldı - FOTO

13 May 2023 09:16
Baxış: 9 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı influenser Emira Namazova lüks avtomobil alıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb. Qırmızı rəng "Lamborghini" markalı avtomobilininin fotosunu paylaşan Elmira bu sözləri yazıb:

"Bu "Lambo"nu əsas alma səbəbimizi də bir neçə günə açıqlayacağam. Şok olacaqsınız. Məncə, dünyada belə bir şey yoxdur. Bəlkə də olub, mən görməmişəm. Həyəcanlıyam. Açıqlayanda biləcəksiniz. Bu rəng etdirməyə qərar verdik. Ən sevdiyim rəng". 

Bəzi izləyiciləri Elmiranın bu avtomobili növbəti instaqram yarşı üçün aldığını düşünsə də, influenser bu iddianı yalanlayıb. O bildirib ki, sponsorlar maşının qiymətini qarşılaya bilməz.

Qeyd edək ki, Elmira daha əvvəl həyat yoldaşı Tural Namazovla keçirdiyi yarışların qaliblərinə maşın bağışlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.