Şou-biznes

Yusif Güney dağılmış binaya girib, pişiyi XİLAS ETDİ - VİDEO

14 Fevral 2023 12:47
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur pop ulduzu Yusif Güney zəlzələ bölgələrindən birinə yollanaraq ziyan çəkənlərə yardım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçinin özü qollarını çırmalayaraq uçmuş vəziyyətdə olan binaların birinin ikinci mərtəbəsində yerləşən evə girərək köməksiz vəziyyətdə qalan pişiyi xilas etməyə çalışıb. 

Həmin anları isə Yusif sosial şəbəkə hesabında paylaşaraq, izləyicilərinə təhlükə saçan bu addımı təkrarlamamağa çağırıb: 

"Dostlar ev xaraba halında idi.  Risk aldıq, içəri daxil olduq. Amma qətiyyən siz bunu etməyin. Nə etsək də, pişiyin birini tapa bilmədik. Zəlzələdən pəncərələr, otaqların qapıları sınıb. Oraya yemək su qoyduq. Getmək məcburiyyətində idik. İnşallah pişik gizləndiyi yerdən, bina yıxılmadan qaçıb. Allahın yaratdığı bütün canlar qiymətlidir". 

Daha sonra Yusif tapa bilmədiyi pişiyin görüntülərini "Instagram" səhifəsində izləyiciləri ilə bölüşərək onu da xilas etdiyini diqqətə çatdırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.