Şou-biznes

"İşçinizin kefi olmadığı üçün viza vermədi" - Malikdən səfirliyə

17 Dekabr 2022 17:56
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gün dostumla Amerikaya viza almaq üçün buradakı səfirliyə müraciət etdim və vizaya icazə verilmədi. İmtinanın səbəbini soruşdum. Dedilər, verdiyimiz kağızda səbəb yazılıb. Halbuki, kağızda heç bir səbəb yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri keçmiş "Dəyirman" qrupunun solistlərindən olan müğənni ABD Malik sosial şəbəkədə yazıb. O, Amerikaya qaçmaq niyyətində olmadığını səfirliyin diqqətinə çatdırıb:

"Bu səfirliyə bircə söz demək istəyirəm! Mənim Azərbaycanda ailəm, işim və adım var! Buradan qaçıb Amerikada yaşamaq heç mənim tərzim də deyil. Sadəcə işçinizin bu gün kefi olmadığına görə imtina almaq mənim üçün maraqlı oldu. Təəssüf ki, nə vaxtsa bu səfirliklə mədəniyyət layihələrində iştirak etdiyim də yadlarından çıxıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.