Şou-biznes

“Adam öz məhsuluna gülməz” - Aparıcıdan İmanova

10 Dekabr 2022 12:53
Baxış: 2 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Real FM-in direktoru Kəmalə Onur Əməkdar artist Tahir İmanovun düzgün danışıqla bağlı videosuna münasibət bildirib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, aparıcı bununla bağlı feysbukda status paylaşıb. O, İmanova "Məhəllə" filmlərindəki Eliş və Roşka obrazını xatırladıb:

"Eşitdim ki, Tahir İmanov da "elə yox, belə" çəkib. Elişlə Roşkanı ələ salıb. Müəllim, axı adam öz məhsuluna gülməz". 

Qeyd edək ki, İmanov həmin videoda "Can", "Çay", "Çəmən" və sairə kimi sözləri həm yanlış, həm də doğru tələffüz edərək izləyicilərinə "Doğma dilimizdə düzgün danışaq" mesajını verib. 

Onu da xatırladaq ki, K. Onurun sosial şəbəkələrdə həm də sözlərin düzgün yazılış və tələffüz qaydaları ilə bağlı videolarını paylaşdığı "Ele_yox_bele" adlı səhifəsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.