Şou-biznes

Günay qəzaya düşdü - Ziyanı “06”nın qiymətidir - VİDEO

18 Oktyabr 2022 03:22
Baxış: 2 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günay İbrahimli aldığı yeni, lüks avtomobilində qəza keçirib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb. 

G.İbrahimli bildirib ki, nəqliyyat vasitəsinin qapısına dəyən ziyanın qiyməti çox yüksəkdir. 

"Qəza keçirmişəm. Avtomobilimin qapısı yüngülvarı zədə alsa da, həmin zədənin qiyməti olduqca bahadır", - deyə Günay bildirib. 

Proqramın aparıcısı Tural Əsədov  isə "Dəyən ziyan bir "VAZ-2106" avtomobilinin qiymətinədir" deyərək müğənninin bu açıqlamasına qarşılıq verib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.