Şou-biznes

Calal Qurbanovun vəziyyəti necədir? - "Deyirlər, məni it dişləyib"

6 İyun 2022 12:07
0 Şərh     Baxış: 1 699
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nəğməkar şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb. 

Milli.Az xəbər verir ki, hazırda xəstəxanada olan C.Qurbanov hadisə ilə bağlı axşam.az-a açıqlama verib. Ötən gün reanimasiyaya yerləşdirilən şair bildirib ki, hazırda palataya köçürülüb:

"Deyirlər, məni it dişləyib. İtlər mənə yox, ata hücum etdi. Səhər saat 6-da övladlarımla at çapmağa çıxmışdım. Dəniz kənarında olan itlər ata hücum etdi, atdan yıxıldım. Ondan sonrasını xatırlamıram. Məni necə xəstəxanaya gətiriblər, reanimasiyaya yerləşdiriblər bilməmişəm. İndi özümə gəlmişəm, yaxşıyam. Palataya köçürülmüşəm".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.