Şou-biznes

Ukraynalı qız müharibədə fenomen oldu

10 Mart 2022 10:12
0 Şərh     Baxış: 4 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı müharibə ilə əlaqəli sığınacaqda məskunlaşan gənc çəkdiyi videolarla TikTok-da fenomen olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Valerisssh" adı ilə populyarlaşan ukraynalı qız qısa müddətdə 300 mindən çox izləyici toplayıb.

Çerniqov şəhərində qalan fenomen sığınacaqda yaşadıqlarını paylaşır. O, bu çətin günləri yumoristik şəkildə təqdim edir. Bəzi videolarında oranı "beşulduzlu" otelə bənzədir, bəzən isə əvvəlki həyatı ilə indikini müqayisə edir.

Ukraynalı gənc "Sosial şəbəkələr bizim bildiyimizdən müharibələri fərqli edib. Təsəvvür edin ki, bir gün tələbələr tarix dərsində bu görüntülərə baxacaqlar",- deyə bildirib.

O, həmçinin, paylaşımlarına ingilis dilində şərhlər əlavə edib. Bundan başqa, qız bir neçə dəfə müxtəlif verilişlərdə qonaq olub. Onun özü fotoqrafdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.