Müğənni Aysun İsmayılova nişanlısı Eşqin Cəlilova toy tarixləri barədə danışıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, Xəzər TV-də yayımlanan "Şourum" verilişinə müsahibə verən ifaçı bildirib ki, Eşin martda özünə kişi toyu edəcək. Cütlüyün Bakıdakı toyu is oktyabrda baş tutacaq.
"Bakıya gəlib, sonra İstanbula cehiz almağa gedəcəyəm. Toyumda iki gəlinlik geyinəcəyəm", - deyə, Aysun söyləyib.
Nişanlısı isə dini nikah kəsdirən müğənni bildirib ki, gələcək həyat yoldaşı onu dəstəkləyir və sənətinə davam edəcək. Həmçinin, Aysun uşaqlıq arzusu olan moda evi açmaq istəyini də reallaşdıracaq.
"Qayınanamı çox sevirəm. Onunla eşq yaşayırıq. Hərdən onu Eşqinə qısqanıram, çox gözəl insandır" söyləyən Aysun nişandan sonra sevgilisinin onu qısqanmağa başladığını bildirib.
Sənətçi toy hədiyyəsi üçün isə Eşqindən avtomobil istədiyini etiraf edib.
Milli.Az