Modelyer İvana Sert mükafatlandırma gecəsində müxbirlərin suallarını cavablandırıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, modelyer brendlərdən geyinməyə üstünlük vermədiyini açıqlayıb:
"Paltarlarımı özüm tikirəm, geyimə heç vaxt çox pul xərcləməmişəm. Pulumu əmlaka yatırıram. Yaxşı geyinmək üçün varlı olmağa ehtiyac yoxdur. Geyimlərimi bazardan alıram. İkinci əl paltarlardan da istifadə edirəm".
Milli.Az