Şou-biznes

Gənc müğənninin evdə meyiti tapıldı - FOTO

9 Dekabr 2021 11:42
1 Şərh     Baxış: 2 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni və bəstəkar Skayler Hiks dekabrın 6-da vəfat edib. Onun cəmi 23 yaşı var idi. Qız manik-depressiv psixozdan əziyyət çəkən Selena Qomesin oxşarı sayılırdı.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Skayler Hiks rəfiqəsinin ABŞ-ın Cənubi Karolina ştatında kirayə qaldığı mənzildə ölü tapılıb. Müğənninin ölüm şəraiti və səbəbləri məlum deyil.

Eyni zamanda anası Codi Qiks qızının depressiya da daxil olmaqla psixi problemlərlə mübarizə apardığını, həmçinin psixoaktiv maddələrdən sui-istifadə etdiyini bildirib.
 Müğənninin pərəstişkarları ailəsinə başsağlığı verir. Onlar qızın 14 yaşında çəkildiyi America's Got Talent şousundakı "YouTube" videosunun altına şərhlər yazırlar. Yeri gəlmişkən, layihədə iştirak etdikdən sonra o, məşhurlaşıb və çıxış etməyə başlayıb. Və sonra o, şou-biznesdən yoxa çıxıb.

Onun qanunla bağlı problemləri olduğu məlum idi. 2018-ci ildə o, Ohayoda spirtli içki qəbul etdiyinə görə həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.