Rusiya

Oyuncaq aparatını sındırıb, içindəkiləri uşaqlara payladı

29 Yanvar 2020 17:24
2 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kemerovo vilayətinin Tayqin şəhərinin sakini oyuncaq aparatında 15 uğursuz cəhddən sonra özündən çıxaraq, aparatı sındırıb və yumşaq oyuncaqları oradan çıxararaq, uşaqlara paylayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə barədə Daxili İşlər Nazirliyinin yerli şöbəsi məlumat yayıb. 

Hüquq-mühafizə orqanları bildirir ki, yerli supermarketdə quraşdırılmış oyuncaq aparatının sahibi qurğunun sındırılaraq, içində olan oyuncaqların oğurlandığı haqda polisə şikayət edib. O, hadisə nəticəsində 19 min rubl (518 manat) ziyan çəkdiyini söyləyib.

Polislər hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər mühakimə olunmuş 46 yaşlı kişini saxlayıblar. Ona qarşı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.