Rusiya

Zelenski ABŞ-dən sülh planını alıb

20 Noyabr 2025 21:50
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomatik danışıqları sürətləndirə biləcək plan layihəsini alıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, Zelenski Ukrayna xalqı üçün vacib olan fundamental prinsipləri açıqlayıb və bugünkü görüşdən sonra müharibənin ləyaqətlə başa çatmasını təmin etmək üçün planın müddəaları üzərində işləmək barədə razılığa gəlib.

"Rusiyanın işğalının ilk saniyələrindən bəri Ukrayna sülhə can atıb və biz əsl sülhü yaxınlaşdıra biləcək bütün mənalı təklifləri dəstəkləyirik. Bu ilin əvvəlindən bəri Ukrayna Prezident Trampın qan tökülməsinə son qoymaq üçün təkliflərini dəstəkləyib. Sülhü təmin etmək üçün ABŞ tərəfi, Avropadakı və dünyadakı tərəfdaşlarımızla konstruktiv işləməyə davam etməyə hazırıq", - bəyanata bildirilir. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.