Rusiya

Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi

21 İyul 2024 17:51
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki "Magistral" sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

"10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Həkimlər uşaqları müayinə edib, səhhəti təhlükə altında deyil", - məlumatda qeyd olunub.

Məlumata görə, "Rospotrebnadzor"un regional şöbəsi qurumun fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.