Rusiya

“Crocus" hadisəsinə görə 12 müttəhim barədə qərar verildi

17 May 2024 19:50
Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalına hücum edən terrorçulara kömək etməkdə təqsirləndirilən daha dörd nəfərin həbs müddətini avqustun 22-dək uzadıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq iş üzrə 12 müttəhimin hamısı istintaq təcridxanasında qalmağa davam edir.

"Aminçon İslomov, Dilovar İslomov, İsroil İslomov, Alişer Kasımovun həbs müddətlərinin uzadılması ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə hakim hökmü elan edib.

Xatırladaq ki, daha əvvəl məhkəmə iş üzrə 8 təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.