Rusiya

Rusiyanın xalq artisti koronavirusdan öldü

29 Dekabr 2022 19:20
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstəkar Eduard Artemyev 85 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun oğlu məlumat verib. Bəstəkarın koronavirusdan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, onlarla məşhur sovet filmlərinin musiqisini bəstələyən Eduard Artemyev daha çox Andrey Tarkovskinin "Stalker" filminə yazdığı musiqi ilə yadda qalıb. O, bu bəstədə Azərbaycanın "Bayatı-şiraz" muğamından istifadə edib.

Məşhur bəstəkar dünya kinosunda Andrey Tarkovski ilə yanaşı, Andron Konçalovski və Nikita Mixalkovun filmlərinə də musiqi bəstələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.