Rusiya Prezidenti Vladimir Putin paranoyaya çevrilən inciklik səbəbindən Ukraynaya hücum etmək qərarına gəlib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bildirib ki, Putin hücumu Donbasa yönəltməklə qələbə əldə etməyi və 9 mayda keçiriləcək şanlı hərbi paradı hədəfləyir:
"Qısa müddətdə onu danışıqlar masasına oturtmaq üçün kollektiv imkanlarımıza çox az inanıram".
Milli.Az