İdman

Qurban Qurbanov "Qarabağı" tərk edib-etməcəyinə aydınlıq gətirdi

19 Oktyabr 2025 17:30
Baxış: 608
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük".

Milli.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Haber Global" telekanalına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, "Qarabağ" komandasının uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verir.

17 ildir "Qarabağ"ın sükanı arxasında olan Qurbanov klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:

"Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir, çünki mən burada daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey ola bilər. Hazırda daha böyük bir kluba keçmək kimi bir fikrim yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.