Avto

Bu hallarda telefon qiymətinə Çin avtomobili ala bilirsiniz

5 Dekabr 2025 20:45
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər ölkəmizdə Çin istehsalı olan avtomobillərin sayında ciddi artım qeydə alınır. Bu tendensiyanın əsas səbəbi həmin avtomobillərin yeni, 0 kilometr vəziyyətdə və digər markalarla müqayisədə daha münasib qiymətə təklif olunmasıdır. Məhz buna görə də bir çox vətəndaş büdcəsinə uyğun seçim etmək üçün Çin avtomobillərinə üstünlük verir.

Milli.Az xəbər verir ki, lakin 2026-cı ildən etibarən bu avtomobillərə tətbiq olunan gömrük güzəştlərinin ləğv ediləcəyi barədə məlumat avtosalonları aktivləşdirib və bazarda yeni bir tendensiya yaranıb. Son müddətdə sosial şəbəkələrdə Çində istifadə olunmuş ikinci əl avtomobillərin satışı ilə bağlı elanların çoxaldığı müşahidə olunur.

Mütəxəssislər bu cür avtomobillərin alınması ilə bağlı vətəndaşlara xəbərdarlıq edirlər. Onların sözlərinə görə, hər bir Çin modeli ölkəmizdə rəsmi servis təminatına malik deyil. Bəzi avtomobil markalarının ehtiyat hissələri Azərbaycanda ümumiyyətlə satılmır və yalnız xaricdən sifariş oluna bilər ki, bu da həm baha başa gəlir, həm də çox vaxt aparır.

Bundan başqa, Çindən gətirilən bəzi ikinci əl avtomobillərin real yürüşünün gizlədilməsi, gizli nasazlıq və ya batareya problemləri (xüsusən elektrikli modellərdə) kimi risklər də mövcuddur. Bu isə vətəndaşların sonradan ciddi xərclərlə üzləşməsinə səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, Çin avtomobili alan şəxslər mütləq modelin ölkədə servis şəbəkəsinin olub-olmadığını, ehtiyat hissələrinin qiyməti və əlçatanlığını, eləcə də avtomobilin faktiki texniki vəziyyətini dəqiq araşdırmalıdırlar. Əks halda ucuz başa gələn avtomobil sonradan yüksək xərc tələb edə bilər. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.