bp Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan kəmərləri ilə bağlı açıqlama verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Supsa (WREP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərlərinin operatorluğunun müvafiq dövlət orqanlarına təhvil verilməsi üçün zəruri tədbirlərin vaxtında planlaşdırılması məqsədilə müzakirələr aparılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bp-dən bildirilib.
Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasən neft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdə əvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumət qurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulub. Məhz bu sazişlərə əsasən 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib.
Yenə də həmin sazişlərə əsasən Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan, Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtında planlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır.
Qeyd edək ki, Bakı-Supsa kəməri nefti Xəzər dənizindən Gürcüstanın Supsa terminalına çatdırır, BTC kəməri isə AÇG yatağından neft və "Şah Dəniz" yatağından kondensatı Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirərək Ceyhan terminalına çatdırır.
BTC kəməri 2006-cı ildən fəaliyyət göstərir və operatoru bp-dir.
BTC-nin səhmdarları: bp (30.10%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) и INPEX (2.50%).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)





