Hadisə

Biləsuvarda ağır qəza - 4 nəfər xəsarət aldı - FOTO

5 Dekabr 2025 18:56
Baxış: 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 4 nəfər - Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.