Hadisə

Bərdədə avtomobil dərəyə aşdı - FOTO

5 Dekabr 2025 20:26
Baxış: 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən qəza olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Soğanverdilər kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ"2107 markalı 02 BK 395 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı sürücü xəsarət alıb, avtomobilin rabitə xəttinin dirəyinə çırpılması nəticəsində internet şəbəkəsinin verlişində problem yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.