Rusiya

Rusiya səhvən öz qırıcısını VURDU

17 Oktyabr 2025 12:51
Baxış: 559
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatlarının Krımdakı obyektlərə hücumunu dəf edərkən səhvən öz qırıcısını vurub.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna hərbi-dəniz qüvvələrinin sözçüsü Dmitri Pletençuk "Apostrof" efirində bildirib.

O həmçinin qeyd edib ki, yarımadaya gecə zərbələrindən sonra Qvardeyskdə neft bazasında yanğın başlayıb.

Qeyd edək ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri oktyabrın 16-dan 17-nə keçən gecə yeddi region üzərində Ukraynaya məxsus 61 sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) vurub.

Milli.Az

 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.