Hadisə

Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı - VİDEO

17 Oktyabr 2025 13:13
Baxış: 733
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yolda qazılmış çuxura düşüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Cavadxan və Mir Cəlal küçələrinin kəsişməsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, avtomobil yolun hərəkət hissəsindəki çuxurda qalıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda həmin ərazidə olan polis əməkdaşları avtomobillərin hərəkətinə kömək edirlər.

Yolda qazıntının hansı qurum tərəfindən aparılması hələlik məlum deyil.

***

Hadisə ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb: "Məlum olub ki, qeyd edilən ünvanda "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılır və yekunlaşdırıldıqdan sonra asfalt örtüyü bərpa ediləcək. Məsələ nəzarətimizdədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.