Rusiya

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

15 Oktyabr 2025 23:52
Baxış: 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarılıb.

Milli.Az xəbər verir ki, Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, "Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti" ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

Onun ölkədən deportasiya ediləcəyi bildirilir.

Məlumata görə bu, regional Daxili İşlər Departamenti və FSB-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı olub. Qərarın səbəbi ilə bağlı məlumat verilməyib.

İslam Hüseynovun özü də mətbuata açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, İslam Hüseynovun Rusiya vətəndaşlığını hələ 1990-cı illərdə aldığı bildirilir. O 2005-ci ildən "Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti" ictimai birliyinə rəhbərlik edir. O, son vaxtlara qədər qubernatorun milliyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.