Rusiyanın Voloqda vilayət məhkəməsi Azərbaycan Respublikasının 54 yaşlı vətəndaşına hökm oxuyub.
Milli.Az rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2022-ci ilin oktyabr ayından "qanuni oğru" titulunu daşıyıb. Öz cinayət nüfuzundan istifadə edərək qeyri-rəsmi cinayətkar iyerarxiyasında əsas fiqur kimi çıxış edib, "oğru qanunlarını" və cinayət ənənələrini qoruyub.
Voloqda vilayət məhkəməsi Dövlət ittihamçısının mövqeyini nəzərə alaraq müttəhimi 8 il müddətinə azadlıqdan məhrum edib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Milli.Az