İdman

Barış Alper üçün rekord müqavilə - Hesabına böyük məbləğdə pul köçəcək

16 Oktyabr 2025 00:31
Baxış: 336
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qalatasaray Səudiyyə Ərəbistanının NEOM klubundan gələn 40 milyon dollarlıq rəsmi təklifə baxmayaraq Barış Alper Yılmazı satmayıb və futbolçu ilə 6 milyon avro dəyərində yeni müqavilə imzalayıb. Klub rəhbərliyi ulduz futbolçunun komandada qalması üçün güclü maliyyə öhdəliyi götürüb.

Milli.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasına təqdim edilən rəsmi sənədlərə görə, ümumi 6 milyon avroluq razılaşmada aşağıdakı maddələr yer alır:

3 milyon avro - zəmanətli illik maaş

500 min avro - sədaqət bonusu

10 matçda oynasa - 1 milyon avro performans bonusu

20 matça çatdıqda - bonus məbləği 2 milyon avroya yüksələcək

20 qol töhfəsi (qol və ya asist) verərsə - əlavə 500 min avro bonus

Bu şərtlərlə Barış Alper Yılmaz Qalatasaray-da ən çox qazanan yerli futbolçulardan biri statusunu əldə edib.

Yay transfer dövründə NEOM SC futbolçu üçün 40 milyon dollar transfer haqqı təklif etmişdi. Lakin Qalatasaray rəhbərliyi, Keçiörengücü klubuna veriləcək 20% payı da nəzərə alaraq 50 milyon dollar tələb etdiyini bildirdi.

Həmçinin məlum olub ki, NEOM klubu Barış Alper Yılmaza illik 10 milyon dollar maaş təklif edib. Qalatasaray rəhbərliyi buna cavab olaraq daxili maaş balansını yenidən qiymətləndirib və futbolçunu komandada saxlamaq üçün müqaviləni təzələyib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.