Bu maddənin əksikliyi hamilə qadınlarda düşüşə səbəb olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamiləliyin pozulmasına səbəb olan zülal aşkarlanıb.
Milli.Az xəbər verir ki, Rusiyalı alimlər hamiləliyin erkən mərhələlərində böyük əhəmiyyət daşıyan yeni bioloji mexanizmi üzə çıxarıblar.
Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutunun (İNTS RAN) mütəxəssisləri SETD7 adlı zülalı müəyyən ediblər. Bu zülal endometriumun yəni uşaqlığın daxili selikli qişasının düzgün şəkildə hamiləliyə hazırlanmasını tənzimləyir. Alimlərin fikrincə, SETD7-nin fəaliyyətindəki pozuntular hamiləliyin itirilməsi ilə əlaqələndirilə bilər.
Tədqiqatçılar bildiriblər ki, embrionla ilkin təmasdan əvvəl endometriumdakı stromal hüceyrələrin bir hissəsi desidual hüceyrələrə çevrilir, bu hüceyrələr sonradan plasentanın əsas hissəsini formalaşdırır. Digər hissə isə qocalma prosesinə daxil olur. Əgər bu iki proses arasında tarazlıq pozularsa, hamiləliyin uğursuz nəticələnmə riski artır.
İnstitutun laboratoriya rəhbəri Aleksandra Borodkina qeyd edib ki, aparılan bioinformatik analizlər nəticəsində SETD7-nin stromal hüceyrələrin çevrilməsini tənzimləyən yeni və daha əvvəl elmi ədəbiyyatda təsvir olunmamış bir faktor olduğu müəyyən edilib.
Eksperimentlər göstərib ki, desidual hüceyrələrin əmələ gəlməsi zamanı SETD7 zülalının səviyyəsi yüksəlir. Bu zülalın "söndürülməsi" isə hüceyrə bölünməsinin tam dayanmasına səbəb olur. Bundan başqa, alimlər SETD7-nin estrogen reseptorunun sabitliyini qoruduğunu da aşkar ediblər. Bu reseptor da hamiləliyin başlanması üçün əsas tənzimləyicilərdən biridir.
Tədqiqatçı Pavel Deryabinin sözlərinə görə, aparılan analizlər göstərib ki, hamiləliyin itirilməsi hallarında endometrium toxumasında SETD7 səviyyəsi aşağı olur. Bu nəticələr hamiləlik itkisinə səbəb olan mexanizmləri anlamaq, eləcə də bu sahədə profilaktika və diaqnostika üsullarını inkişaf etdirmək baxımından mühüm elmi əhəmiyyət daşıyır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
Niderlandlı ulduz "Beşiktaş"a transfer olundu
-
Koçaryanın oğlu həbs olundu
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq





