Şou-biznes

Rəqsanə həbsdən öncə bu müğənninin mahnısını oxumasına qadağa qoydurub - yenidən pul ödəyib

15 Oktyabr 2025 19:30
Baxış: 707
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılova ilə bağlı gözlənilməz fakt üzə çıxıb.

Məlum olub ki, sənətçi gənc həmkarı Nuranın mahnısını ifa etməməsi üçün mahnının müəllifinə yenidən pul ödəyib.

Milli.Az xəbər verir ki, iddialara görə, Rəqsanə müəlliflə razılığa gələrək Nuranın həmin mahnını oxumağına qadağa qoydurub. Məsələ efirdə müzakirə olunarkən həm sənət camiəsində, həm də sosial şəbəkələrdə müzakirələr yaradıb.

Qeyd edək ki,Rəqsanə İsmayılovanın barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. O, iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.