Son elmi araşdırmalar arı zəhərinin bir çox xəstəliklərin müalicəsində faydalı ola biləcəyini göstərib. Mütəxəssislərin sözlərinə görə, arı zəhəri iltihabəleyhinə, ağrıkəsici və immuniteti gücləndirici təsirə malikdir.
Milli.Az xəbər verir ki, təbiətdən gələn bu müalicə üsulu xüsusilə revmatizm, oynaq ağrıları və dəri xəstəliklərinin aradan qaldırılmasında istifadə olunur.
Arı zəhərinin tərkibindəki "melittin" adlı maddə hüceyrələrin bərpasını sürətləndirir və orqanizmin müdafiə sistemini aktivləşdirir.
Həkimlər bildirir ki, bu müalicə üsulundan istifadə yalnız mütəxəssis nəzarəti altında aparılmalıdır. Əks halda, allergik reaksiyalar və digər fəsadlar yarana bilər.
Mütəxəssislər hesab edir ki, arı zəhərinin tərkibində gizlənən müalicəvi güc gələcəkdə təbii terapiya üsullarında mühüm rol oynaya bilər.
Milli.Az