İqtisadiyyat

Növbəti 4 il üçün 13,5 milyard manat ayrıldı

16 Oktyabr 2025 00:52
Baxış: 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir.
 

Milli.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə əksini tapıb.

Məlumata görə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.