Dünya

Türk adları Fransada populyarlaşdı – Fransız valideynlər körpələrinə ən çox bu adı qoyur

15 Oktyabr 2025 07:35
Baxış: 822
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransada son illərdə Türkcə adlara maraq sürətlə artır. Artıq bu adlar təkcə türk əsilli ailələr arasında deyil, etnik mənşəyindən asılı olmayaraq fransız və digər millətlərdən olan valideynlər tərəfindən də seçilir.

Fransa doğum qeydiyyat sistemindəki rəsmi məlumatlara görə, "Dilara" adı 2025-ci il etibarilə ölkədə ən çox istifadə edilən ilk 2.000 ad arasına daxil olub.

Hazırda Fransada təxminən 1.300 nəfər "Dilara" adını daşıyır.

Adın "ürəkləri fəth edən" mənası fransız valideynlər arasında böyük maraq doğurub.

Elif, Leyla, Aylin və Zeynəb adlarına da maraq artıb.

Bu adların ahəngdar səslənişi, qısa və yaddaqalan olması, həm də mənəvi anlam daşıması onların populyarlığını artıran əsas səbəblər kimi göstərilir.

Dilçilər və mədəniyyət araşdırmaçılarına görə:

  • Türkcə adlar poetik və emosional təsir gücünə malikdir
  • Məna dərinliyi fransız ailələrinin diqqətini cəlb edir
  • Adların melodik quruluşu onları beynəlxalq istifadəyə uyğun edir

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.