İdman

"Qalatasaray" erməni futbolçu almaq istəyir

16 Oktyabr 2025 00:04
Baxış: 320
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qalatasaray Krasnodarın ulduzu Eduard Spertsyanı transfer siyahısına daxil edib.

Milli.Az xəbər verir ki, orta sahəyə yaradıcı futbolçu transfer etmək istəyən Qalatasaray rəhbərliyi seçimlərini 25 yaşlı erməni futbolçu Eduard Spertsyana yönəldib.

Rusiyanın Krasnodar klubunda çıxış edən Spertsyanın müqaviləsi mövsüm sonunda başa çatır. Uzun müddətdir Qalatasarayın radarında olan futbolçunun Avropada oynamaq istəyi səbəbilə müqaviləni yeniləməkdən imtina etdiyi bildirilib.

Spertsyan mərkəz yarımmüdafiə, 10 nömrə mövqeyi və cinahlar da daxil olmaqla bir neçə rolda oynaya bilir. Top saxlama qabiliyyəti, həlledici ötürmələri, uzaqdan zərbələri və standart vəziyyətlərdəki ustalığı ilə tanınır.

Eduard Spertsyan bir çox Avropa klubunun diqqətini cəlb edib. Yay transfer pəncərəsində PSJ-nin də futbolçu ilə maraqlandığı, lakin transferin baş tutmadığı qeyd olunur.

Krasnodarın öz yetirməsi olan Spertsyan indiyədək klubla 159 oyuna çıxıb, 49 qol vurub və 42 məhsuldar ötürmə edib.

Bu mövsüm də yüksək formada olan futbolçu, liqada 11 matçda 4 qol və 10 asist nəticəsi ilə komandasının liderlərindən biridir.

Transfer bazarında 25 milyon avro qiymətləndirilən Eduard Spertsyan hazırda Ermənistan millisinin ən dəyərli futbolçusu statusuna sahibdir.
Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.