Azərbaycanın tanınmış aktyoru, televiziya aparıcısı və Azərbaycan Respublikasının Əməkdar artisti Əkbər Əlizadənin illər öncəki toy mərasimindən maraqlı görüntülər yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videokadrlarda sənətçinin 21 il əvvəl keçirilən toy məclisi əks olunub. Kadrlar izləyicilər tərəfindən nostalji hisslərlə qarşılanıb və qısa müddətdə böyük maraq toplayıb.
Görüntülərdən bəlli olur ki, məclisə o dövrün bir çox tanınmış sənət və media nümayəndələri qatılıb. Məşhur simalar arasında aktyor həmkarları, müğənnilər, aparıcılar və Əkbər Əlizadənin yaxın dostları da yer alıb.
İllər öncə lentə alınmış toy kadrlarında sənətçinin sevincli anları diqqətdən qaçmayıb. Sosial media istifadəçiləri paylaşımın altına "Əsl nostalji", "O illərin sənət mühiti tamam fərqli idi", "Əkbər müəllim o vaxt da çox pozitiv idi" kimi rəylər yazıblar.
Qeyd edək ki, Əkbər Əlizadə uzun illərdir televiziya və teatr sahəsində uğurla fəaliyyət göstərir, həm aktyor kimi, həm də aparıcı kimi tamaşaçı sevgisini qazanıb.
Musa
Milli.Az