Kriminal

19 yaşlı gənc 10 manata görə qətlə yetirilib?

15 Oktyabr 2025 22:56
Baxış: 385
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gecə Xırdalan şəhəri ərazisindəki parkda 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Bədirov  bıçaqla qətlə yetirilib.

Milli.Az "Teleqraf.com"a istinadən xəbər verir ki, hadisə borc üstündə baş verib.

Məlumata görə, Elmir Bədirov Fərid Məmmədovdan ona verdiyi 10 manatı geri istəyib.
 

Bu səbəbdən aralarında mübahisə yaranıb və dava düşüb.

İddia olunur ki, mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova bir neçə zərbə endirib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.