Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlarının səs dalğalarını titrlər vasitəsilə qəbul edərək danışılan sözləri müəyyən edə bildiyini aşkar ediblər. Bu yeni hücum üsuluna zarafatla "Mic-E-Mouse" adı verilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar cəmi 35 dollarlıq, 20 min DPI həssaslığa malik bir siçandan istifadə edərək xüsusi proqramla söhbətləri 61% dəqiqliklə "dinləməyi" bacarıblar.
Danışdıqda masada yaranan mikroskopik titrəmələr siçanın sensoru tərəfindən qeydə alınır. Bu titrəmələr proqram vasitəsilə təmizlənir. Daha sonra süni intellekt həmin titrəmələrdən söz və rəqəmləri təxmin edir.
Xüsusilə qısa sözlər və kredit kartı nömrələri kimi rəqəmlər yüksək dəqiqliklə tanınır - bu da böyük təhlükə yaradır.
Bu prosesin həyata keçməsi üçün əvvəlcə kompüterə zərərli proqram yüklənməlidir.
Mütəxəssislər bildirir ki:
- Siçan sensor məlumatları antiviruslar tərəfindən zəif qorunur
- Hətta sadə "open source" proqram belə bu məlumatları oğurlamaq üçün kifayət edir
- Masanın materialı belə nəticəyə təsir edir
- Sərt və hamar səthlərdə siçan daha dəqiq "dinləyir"
- Mouse pad və ya parça örtük istifadə edildikdə təsir xeyli azalır
- Səsli və ya titrək mühitdə sistemin dəqiqliyi düşür
Alimlər həmçinin qeyd ediblər ki, siçan addım səslərini və klaviatura tuş vuruşlarını da titrəmə ilə ayırd edə bilir.
Tədqiqat qrupu nəticələri 26 siçan istehsalçısına göndərib və təhlükəsizlik tədbirləri görülməsini tələb edib. Hazırda bəzi şirkətlər sensor məlumatlarının qorunması üçün təhlükəsizlik yeniləmələri hazırlayır.
Mütəxəssislərin tövsiyəsi:
- Mouse pad istifadə edin
- Şübhəli proqram quraşdırmayın
- Mikrofon olmasa belə həssas məlumatları səslə ifadə etməyin
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)
-
Evlərimizdə gizlənən təhlükə: Bu əşyaların içində civə var
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Azərbaycan millisi İraqla qarşılaşacaq
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir





