"Mango"nun yaradıcısını oğlu öldürüb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mango" markasının təsisçisi İsak Andiçin ölümünə dair yeni məlumatlar ortaya çıxıb.
Milli.Az xəbər verir ki, İspaniya polisi, 71 yaşlı iş adamının keçən ilin dekabrında Barselonanın yaxınlığındakı Montserrat dağlarında oğluyla birlikdə gəzərkən 100 metrdən çox hündürlükdən yıxılaraq həyatını itirməsini ilkin olaraq qəza kimi qiymətləndirmişdi. Lakin oğul Jonathan Andiçin ifadələrindəki ziddiyyətlər və məhkəmə ekspertizası nəticələri, hadisənin qəsdən törədilmiş ola biləcəyini göstərib. Nəticədə, Jonathan Andiç qəsdən adam öldürmə ittihamı ilə rəsmi istintaqa cəlb edilib.
İstintaq zamanı Jonathanın ifadələrindəki uyğunsuzluqlar, hadisə yerində toplananlar sübutlarla uyğun gəlməyib. Bundan əlavə, Andiçin həyat yoldaşı, peşəkar qolfçu Estefaniya Knut, ata-oğul arasında gərgin münasibətlərin olduğunu bildirib. Hadisə zamanı Jonathanın önündə getdiyi və geriyə dönüb atasının uçurumdan düşdüyünü gördüyünü söyləyib. Polis, hadisənin baş verdiyi yolda başqa şahidlərin olmadığını və yolun "xüsusilə təhlükəli" olmadığını qeyd edib.
Hazırda Jonathan Andiçin mobil telefonu araşdırılır və istintaq gizlilik şəraitində davam edir. Ailə üzvləri ictimaiyyətə açıqlama verməyib və Jonathanın günahsız olduğuna inanırlar.
Qeyd edək ki, İsak Andiç Barselonada işləyirdi. O, Mango markasını quraraq 120-dən çox ölkədə 2.800-dən çox mağaza və 16.000-dən çox işçi ilə Avropanın ən böyük moda imperiyalarından birini yaratmışdı. Onun sərvəti Forbes tərəfindən təxminən 4,5 milyard dollar olaraq qiymətləndirilirdi.
Ölümündən sonra Mango şirkətinin idarə heyəti, Toni Ruizi baş direktor olaraq təyin edərək şirkətin strukturunu yenidən təşkil edib.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





